ABŞ İrana 12-ci gecə hücumlarını yekunlaşdırdı
Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri İran ərazisinə növbəti zərbələr seriyasını yekunlaşdırıb.
Xia.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Mərkəzi Komandanlıq qüvvələri ardıcıl olaraq 12-ci gecə İrana endirilən növbəti zərbələr mərhələsini başa çatdırıb. Hücum zamanı İranın hərbi hədəfləri, o cümlədən Hərbi Dəniz Qüvvələrinin vasitələri, raket və dron saxlanc yerləri, sahil müşahidə məntəqələri, həmçinin hava hücumundan müdafiə sistemləri vurulub”, – komandanlığın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda qeyd edilib.
Öz növbəsində SNN agentliyi İranın cənub hissəsində yerləşən iki şəhərdə silsilə partlayışların baş verdiyini bildirib. Agentliyin məlumatına əsasən, Cask şəhəri hücuma məruz qalıb, eyni zamanda Xuzistan əyalətinin İslamabad şəhərində də iki partlayış qeydə alınıb.
Həmçinin Əndimeşk və Buşehr şəhərlərində də partlayış səsləri eşidilib. Qeyd edək ki, Buşehr bir gecə ərzində ən azı ikinci dəfədir ki, hücuma məruz qalır və buradakı əsas hədəfin İranın hərbi obyekti olduğu vurğulanır.