Bəzi ərazilərdə qaz kəsiləcək

J8v98KuSvY8aPiFoz6hIWDCaN5NbZsf3iuuV7QQh_1200

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Xia.az  xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24 iyul saat 14:10-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Atabəylər və Əlincə məhəllələrinin, eləcə də Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatının təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa ediləcəyi bildirilib.