Yevlaxda QƏTL: 63 yaşlı kişi həmyerlisini öldürməkdə şübhəli bilinir

bFB95yXKDyTRUL9GhouvmwlkLaEAuDIyv5r8h4BP_1200

Yevlax rayonu ərazisində 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Xia.az  “Report”a istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, qətl hadisəsi ötən ay baş verib.