Si Cinpinin ABŞ-yə səfər tarixi açıqlandı
Çin Sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək.
Xia.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Sədr Si Cinpin sentyabrın 24-də gəlir. Mən Pekində olarkən biz süni intellekt barədə danışmışdıq və bunu yenidən müzakirə edəcəyik”, – deyə Tramp ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində çıxışı zamanı bildirib.