ABŞ ordusu İrana endirilən zərbələrin növbəti mərhələsini yekunlaşdırdı

zvZELhqy9750u5moOw9dLXcHVl4CrXxIv0zdeMgP_1200

ABŞ ordusu İran ərazisinə endirilən zərbələrin növbəti mərhələsini yekunlaşdırıb.

Xia.az  xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Mərkəzi Komandanlıq qüvvələri ardıcıl olaraq 13-cü gecə İrana zərbələr endirilməsi prosesini başa çatdırıb”, – deyə CENTCOM-un “X” hesabında məlumat verilib.

Məlumata görə, Birləşmiş Ştatların hücumları zamanı əsasən komanda və idarəetmə məntəqələri, pilotsuz uçuş aparatlarının saxlanma anbarları, sahil müşahidə postları və Hərbi Dəniz Qüvvələrinə aid vasitələr hədəfə alınıb.