Mingəçevirdə xəstəxanaya müayinəyə gələn Ağdaş sakini qəfildən ölüb.
Xia.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pisləşib və huşunu itirib.
Həkimlərin cəhdlərinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.