Bakı və bir sıra rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

XuNeh2P9R7Lb7P8i9UDqP3fd1wRpI9FO2urscr0x_1200

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Xia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Naftalan, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.