Doqquz illik bazadan kolleclərə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI

WXdDsEK3wGJfFtIO5T8VkwBPp59RZSOe7IatlLZW_1200

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Xia.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolmafaizi
Azərbaycan bölməsiRusbölməsiBölmələr üzrə cəmi
Dövlət ödənişsiz2499235581243697.48
Dövlət ödənişli34813124103322792.70
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə)23020129230100.00
Cəmi62105680213589394.90
Təhsil formasıQəbul planıQəbul olunubQəbulolmafaizi
Azərbaycan bölməsiRusbölməsiBölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar509049511395090100.00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar11207297480371.70
Cəmi62105680213589394.90

Qeyd olunub ki, qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.

“Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə “mygov ID” (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək”, – məlumatda vurğulanıb.