Xalq artisti Zaur Rzayevdən xəbər var

sYKFsFGzKrK9re6bPSsFUEwcSOtaHnzKqJTzCrLh_1200


Xalq artisti Zaur Rzayev sentyabrın 11-də xəstəxanadan evə buraxılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Qeyd edək ki, Xalq artisti sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu.