Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün TƏFƏRRÜATI BİLİNDİ

Posted on 18 Dekabr 202518 Dekabr 2025 By admin Şərh yoxdur Mirmahmud Fəttayevin nəvəsinin ölümünün TƏFƏRRÜATI BİLİNDİ

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatı məlum olub.

Xia.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev açıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

“Kim nə yazıb bilmirəm, hadisə qəfil, bir anın içində baş verib. Müşfiq bibisi oğlunun avtomobilində olub, ikincinin bacısını kursdan götürməyə gedirlərmiş. İşıqforda maşın dayananda bibisi oğlu onu səsləyib. Səs gəlməyəndə baxıb ki, Müşfiq özündə deyil. Maşını kənara çəkib saxlayıb, nə qədər süni nəfəs veriblər, nəticəsi olmayıb. Tez uşağın atasına zəng ediblər. Aparıblar xəstəxanaya, həkimlər onu 27 dəqiqə həyata qaytarmağa çalışıblar, amma mümkün olmayıb”.

Mirfəyyaz Fəttayev Müşfiq Fəttayevin səhhətində heç bir problem olmadığını əlavə edib:

“Bu günə kimi onun bir yeri belə ağrımayıb, idmançı idi, sapsağlam”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Müşfiq Fəttayev qəfildən dünyasını dəyişib. Müşfiq Fəttayev Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayevin nəvəsidir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Astarada marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb
Next Post: Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme