Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş – ŞOK İDDİA

4t3NclLBU8cGDDXcsxsuEoJrnloX6ywmI53u1jPj_1200


“İranın Ali lideri Müctəba Xamenei ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra müalicə aldığı Tehran xəstəxanasının dağıntıları altından çıxarılıb”.

Xia.az xəbər verir ki, bu barədə Qətərin “Al Araby” telekanalına müsahibəsində İranın Ekspertlər Şurasının üzvü Möhsün Heydəri bildirib.

O, Xameneinin xəstəxanaya yerləşdirilməsi barədə məlumatlardan sonra Tehrandakı üç xəstəxanaya zərbələr endirildiyini bildirib. Müctəba Xamenei üçüncüdə olub və dağıntılar altından xilas edilib.

“New York Post” xəbər verir ki, bundan sonra 56 yaşlı Xamenei naməlum yerə aparılıb və o vaxtdan bəri ictimaiyyət arasında görünməyib.

Nəşr, həmçinin ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, onun əvvəlki hücumlar nəticəsində ağır xəsarətlər aldığına dair məlumatları təqdim edib.

Qeyd edək ki, keçən ay ABŞ Prezidenti Donald Tramp şərhçi Qlenn Bekə müsahibəsində Xameneinin sağ qaldığını, lakin ağır yaralandığını düşündüyünü bildirmişdi.

İran Prezidenti Məsud Pezeşkian isə bu həftə “Fox News”a müsahibəsində fərqli qiymətləndirmə verərək, Xameneinin “tamamilə” sağlam olduğunu bəyan edib.