Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var
Bu gün Bakının Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə şagirdlərə xəsarət yetirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə qəsəbənin “Südçülük Sovxozu” adlanan ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı sinif otağı daşa basılıb.
Məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.