“Qarabağ” Avropa çempionunu transfer edir?

YKT49KnGS2pB1Tu3tBiQKXhOyQBMDwE6B2VgEcdm_1200


Portuqaliyalı futbolçu Renato Sançesin “Qarabağ”a keçəcəyi ilə bağlı məlumatlar səngimək bilmir.

Xia.az xəbər verir ki, dünya mediasında futbolçunun Azərbaycan təmsilçisinə keçməyə hazır olduğu və klubun ona illik 450 min avro maaş təklif etdiyi iddia olunub.

Lakin “Qarabağ”ın mətbuat xidməti yayılan xəbərləri təkzib edib:

“Renato Sançesin transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Hər hansı rəsmi yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə klubun rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək”.

Qeyd edək ki, Renato Sançes 2016-cı ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub.