Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam

3ztBHQFiPqKLfkOf2PTQXniLH8ew9dNg5BKgKNgp_1200


Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi Sərəncam imzalayıb.

Xia.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Astanov Elvin Əmrah oğlu

Qasımov Ramil Famil oğlu

Məmmədov Pərvin Rasim oğlu

Musayev Oloxan İsayeviç.