Şahruddin “Neftçi” ilə oyundan danışdı: İngiltərə çempionatını misal çəkdi
“Bu gün yaxşı oyun nümayiş etdirən “Neftçi”yə qarşı mübarizədən xalla ayrıldıq. Şükürlər olsun ki, məğlub olmadıq və bir xal qazandıq. Buna görə sevincliyik. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.
Xia.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının VIII turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.