Kriştianu Ronaldu cəzasının yüngülləşdirilməsini istəyir
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ona tətbiq olunan sanksiyaların yüngülləşdirilməsi üçün müraciət edib.
Xia.az xəbər verir ki, bu barədə yerli “Record” nəşri məlumat yayıb.
41 yaşlı futbolçu müraciətində “futbolun inkişafına verdiyi töhfələri” və idman sahəsindəki nailiyyətlərini əsas gətirib.
Ronaldu UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən oyundan (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk edib. Bunun ardınca Portuqaliya Futbol Federasiyası hücumçunu biraylıq diskvalifikasiya edib və 255 avro məbləğində cərimələyib.