Naxçıvanda vəzifəli şəxs saxlanıldı
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Xia.az Anz.az-a istinadən xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəyi gözlənilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Cavid Ağaməliyev Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə ittiham olunur.