Dövlət Vergi Xidmətində təyinat

JndwUxGRIjoIg0M8ta9Zk4qCreHAHxhLwk8m3dWh_1200


Dövlət Vergi Xidmətində yeni təyinat olub.

Mikayıl Budaqov Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin rəisi təyin edilib.

O bu vəzifədə Emil Süleymanovu əvəzləyib.

Qeyd edək ki, Mikayıl Budaqov bundan əvvəl Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil idarəsinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvəl “EY” şirkətində audit sahəsində müxtəlif vəzifələrdə işləyib.

O, 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllim kimi fəaliyyət göstərir.