Albaniya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Albaniya Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib

2727A-A+

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Xia.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Əziz dost, Sizə və həmvətənlərinizə Albaniya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı çatdırıram. Belə kədərli vaxtda Albaniya xalqı olaraq Sizinlə və dost Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralananlara tezliklə sağalmalarını diləyirik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

İlham Əliyev

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?