Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu

Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü – Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına görə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından, onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, S.Ağayevin avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?