Birinci Qarabağ döyüşləri zamanı itkin düşərək Şəhid olmuş Məmmədov Tərlan Fikrət oğlunun nəşi 7 fevral 2025-ci il tarixdə Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində Şəhid ailələrinin üzvləri, Yevlax şəhər İcra Hakimiyyəti, millət vəkilləri, YAP Yevlax Rayon Təşkilatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, qazilər, veteranlar, rayonun bütün idarə və müəssisələrin işçiləri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.
Dəfn mərasimində əvvəlcə dövlət himni səsləndirilib və daha sonra havaya atəşlər açılıb. Şəhidlərimizin ruhlarına dualar oxunduqdan sonra üçrəngli ay-ulduzlu Azərbaycan bayrağına bükülmüş Şəhid Məmmədov Tərlan Fikrət oğlunun nəşi torpağa tapşırılıb. Sonda üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.