Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ

“Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub”.

Xia.Az-ın xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır:

“Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir”.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə məlumatda qeyd olunub.

  • Related Posts

    Qusarda intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb

    Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən İntizam xarakterli hərbi hissəsinə başçəkmə keçirib. Xia.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bildirilib ki, başçəkmə zamanı hərbi hissənin karantin

    Hikmət Mirzəyev Türkiyə – Suriya sərhədində olub

    Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu ilə birgə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində olub.

    Whatsappda yazın
    salam
    Scan the code
    Salam👋!
    Sizə necə kömək edə bilərik?