Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xia.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.
Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.
Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![](https://xia.az/wp-content/uploads/1739010363_F01CbZvewdAJU3RhfhnPnrmQ4LEWIp1z7ZCX6NbZ_640.webp)
![](https://xia.az/wp-content/uploads/WhatsApp-Səkil-2025-02-08-saat-14.50.33_bf2cd4bc-1024x576.jpg)
![](https://xia.az/wp-content/uploads/WhatsApp-Səkil-2025-02-08-saat-14.50.33_08e55a77-1024x576.jpg)