Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Xia.Az bildirir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Həmin şəxs Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.
Qeyd edək ki C.Əliyev sözügedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.