Son iki ildə 5 300 müəllim sertifikatlaşdırma imtahanlarından kəsilib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Son iki ildə 5 300 müəllim sertifikatlaşdırma imtahanlarından kəsilib

“Son iki il ərzində 5 300 müəllim sertifikatlaşdırma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb”.

Xia.Az “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında “Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir:

“İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır”.

Nazir bildirib ki, növbəti üç il ərzində də bu islahatlar davam etdiriləcək:

“İslahata başlayanda sıfırdan yox, mənfi 1-dən başlayıb sıfıra getmək əsas problemdir. Əgər dəyişikliyi indidən etməsək, bəzi müəllimlərin sonrakı 20-30 il ərzində fəaliyyətini düşününcə nəticə heç də ürəkaçan olmaz”.

E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkə üzrə bütün fənn müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur:

“Əgər islahatlarımız uğurla davam etsə, nəticəsi zəif olan müəllim sayı azalacaq, amma bir müəllimə düşən şagird sayı da artacaq. Eyni zamanda, gənc müəllimlərin də təhsil sahəsində sayı 20% artacaq. İmtahan nəticələrinə baxsaq, gənc müəllimlərin məzunlarından çox az sayda zəif nəticə göstərən olub. Əksəriyyət testdən uğurla keçib. İslahatlar ən zəif müəllimlərin daha gənc və istedadlı müəllimlərlə əvəz olunmasına gətirib çıxaracaq”.

Emin Əmrullayev

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?