Yaşadığı evdə avtomat gizlədən şəxs tutulub - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Yaşadığı evdə avtomat gizlədən şəxs tutulub

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb.

Xia.Az-ın məlumatına görə, onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?