Bakıda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bakıda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə çalışan qadının keçmiş əri təhsil müəssisəsinin qarşısında onun şah damarını kəsib.

Xia.Az APA-ya istinadən xəbər verir ki, hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15 radələrində baş verib.

270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının qadın texniki işçisinə keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: “Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib”.

O, boyunun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?