Bakıda dönərxanada YANĞIN

image

Paytaxtın Səbail rayonu, “Sahil” metrostansiyasının yaxınlığında dönərxanada yanğın baş verib.

Xia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.