DSX zabiti faciəli şəkildə öldü - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

DSX zabiti faciəli şəkildə öldü

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı  “Toyota” markalı avtomobil yolu keçən piyada Şeydabəy Qəhrəmanovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, Ş.Qəhrəmanov Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti olub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?