Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Samuxda 10 kiloqram narkotik vasitəni satmaq istəyən şəxsi POLİS SAXLADI

Posted on 21 Yanvar 202622 Yanvar 2026 By admin

Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanılıb.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev tutulub.

Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Bakı Metropoliteninin departament rəhbəri vəzifəsindən azad edildi: YENİ TƏYİNAT
Next Post: Qarlı havada avtomobil yollarının vəziyyəti
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme