İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.
Xia.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunda, İmişli rayonunun Əlyetməzli kəndində qeydə alınıb.
“Mercedes” və “Ford Transit” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Əlyetməzli kənd sakini, 1975-ci il təvəllüdlü Əhməd Yaqub oğlu Mehdiyev İmişli Rayon Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.