Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib

Posted on 22 Yanvar 202623 Yanvar 2026 By admin

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xia.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən iki ədəd “Mercedes” markalı avtomobil və bir ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: DİM qəbul və buraxılış imtahanlarının vaxtını açıqladı
Next Post: Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme