Goranboydan bir qrup din xadimləri Bakıya səfər ediblər - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Goranboydan bir qrup din xadimləri Bakıya səfər ediblər

Qafqaz Müsəlmanları İdarəsinin Goranboy – Naftalan bölgəsi üzrə Qazılığının təşilatçılığı ilə Bakı şəhərinə səfər təşkil olunmuşdur.
Xia.az xəbər verir ki, səfər çərçivəsində din xadimləri ilə yanaşı 44 günlük Vətən müharibəsinin və Lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik məqamına ucalmış oğullarının valideyinləri, Goranboy rayon Ağsaqqallar Şurasının üzvüləri və bir qrup ziyalılar iştrak edib.
Şəhid ataları və din xadimləri ilk öncə Fəxri Xiyabana gələrək xalqın müdrik oğlu Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət edib önünə tər qərənfillər düzərək ruhlarına dualar oxudular.
Daha sonra din xadimləri Bakı şəhərində Tolerantlıq Evini ziyarət etmiş, yaradılan şəraitlə tanış olublar. Tolerantlıq Evinin əməkdaşı ətraflı məlumat verərək nümayiş edilmiş eksponatlar haqqında ətraflı məlumatlar verilib. Azərbaycanda belə bir möhtəşəm Tolerantlıq Evinin yaradılması qürurverici bir tarixi hadisədir deyə din xadimləri Tolerantlıq Evinin bütün əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıblar.
Din xadimləri və nümayəndələr Bakı şəhərinə səfər çərçivəsində 44 günlük Vətən müharibəsinin Qəhrəmanlıq simvolu olan Zəfər və Qənimətlər Parklarında ziyarət etmişdilər.
Sonda 2-ci Fəxri Xiyabanda Şəhid və Milli Qəhrəmanlarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?