Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ödəmə terminallarını oğurlayan şəxs saxlanılıb

Binəqədi rayonu ərazisindəki mağazalarda quraşdırılan və içərisində 5 400 manat maddi vəsait olan iki ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?