Doğum günündə yurduna qayıdan keçmiş məcburi köçkün: “Mənim üçün ən gözəl hədiyyədir”

xUM3zlsF6zQuUSn2c8oPapOi8cJ5Mnd7Cgc1sDCV_1200

“Mən Məmmədbəylidən çıxanda 25 yaşım var idi. Bu gün isə 58 yaşım tamam olur, doğum günümdür. Doğum günüm üçün ən gözəl hədiyyə elə doğma torpağıma geri qayıtmağımdır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edən Təranə Səhlalıyeva deyib:

“Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə təşəkkür edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Oğlum, gəlinim, nəvəm və həyat yoldaşımla geri qayıdıram. Mən Zəngilan azad olunandan sonra ilk dəfədir ki, oraya gedirəm, həm də birdəfəlik. Lakin həm də qəhərliyəm. Çünki anam və qardaşım bu günü görmədilər”.