Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşları qəbul edib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 19 fevral 2025-ci il tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib. Qeyd olunmalıdır ki, millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb.

Xia.Az xəbər verir ki, fevralın 19-da keçirilən görüş deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər. Novruz Aslan qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?