“Azərbaycan Uşaqları” İctimai Birliyi ritm və musiqi terapiyasının tətbiqinə başlayıb. - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

“Azərbaycan Uşaqları” İctimai Birliyi ritm və musiqi terapiyasının tətbiqinə başlayıb.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə Xia.Az–a açıqlamasında bildirib ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün bədən ritm alətləri istifadə etmədən ritmləri ifa etmək sənətinə məxsus musiqi ritm terapiyası dərslərinə başlanılıb. Dərslər AUİB-nin əməkdaşı olan və bu sahədə ixtisaslaşmış mütəxəssis Elnurə Qurbanova tərəfindən psixoloqun müşayəti ilə həyata keçirilir.

Qeyd edəki ki, Body Percussiya- bədən perkussiyası deyilən bu sahə uşaqların musiqi və ritmik qabiliyyətlərini inkişaf etdirmək üçün güclü vasitədir.Bu növ terapiya musiqi dərsinin strukturuna daxil edilməsi bir tərəfdən müxtəlif ritmik düsturları mənimsəməyə imkan verir,digər tərəfdən bütün bunlar hərəkətdə baş verir və bədən koordinasiyasının inkişafına kömək edir.Öz bədənindən istifadə edərək ritm və musiqi yaratmağa əsaslanan reabilitasiya hərəkətidir.Qollar,ayaqlar,barmaqlar-heyrətamiz səs mənzərələri yaradan alətə çevrilir.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?