Köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib

zAhZFWbVN9actlkSTZrPWEelHs6xdyItdUyzluEv_1200

Ağdərəyə yola salınan köç karvanı rayonun Həsənriz kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Xia.Az “Report”a istinadən xəbər verir ki, Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Həsənriz kəndinə 10 ailənin (52 nəfər) qayıdışı həyata keçirilib. Bununla da kəndə qayıdan ailələrin sayı 265-ə (1041 nəfər) çatıb.