Şəhid övladı faciəvi şəkildə həlak oldu - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Şəhid övladı faciəvi şəkildə həlak oldu

Vətən müharibəsi şəhidi Elvin Əzizovun övladı faciəvi şəkildə həlak olub.

Xia.Az “Unikal”a istinadla xəbər verir ki, hadisə Masallı rayonun Qarğalıq kəndində baş verib.

Şəhidin oğlu Ayxan Əzizov ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?