Həbsdə yatan nişanlısına apardığı yemək qazanından iki telefon çıxdı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Həbsdə yatan nişanlısına apardığı yemək qazanından iki telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Xia.Az xəbər verir ki, bu barədə Pentensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və iki ədəd qulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?