Astarada 7 nəfərdən odlu silah götürüldü - Saxlanılan var - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Astarada 7 nəfərdən odlu silah götürüldü – Saxlanılan var

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Xia.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb.

Həmin şəxs barəsində protokol tərtib edilib.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?