Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

“Azəriqaz”ın əməkdaşını döyüblər?

Posted on 01 Fevral 202602 Fevral 2026 By admin

Nizami rayonunun Keşlə qəsəbəsində “Azəriqaz”ın əməkdaşı M.Müzəffərovun abonent tərəfindən döyüldüyü iddia edilir.

Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu bildirib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.

Məlumata görə, əməkdaş ünvana çatdıqda vətəndaş atasının köməyi ilə ona fiziki zor tətbiq edib.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb, M.Müzəffərov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nizami rayonunun Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunublar və izahatları alınıb. Hadisə aidiyyəti qurum əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.

Hazırda müraciət üzrə araşdırma aparılır. Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertiza təyin olunacaq. Araşdırmanın nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Azərbaycan XİN-dən Pakistana dəstək
Next Post: Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme