Sabah bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Sabah bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək

Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.

APA-nın xəbərinə görə, sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universitet, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetlərində, Baki Slavyan Universitetində dərslər onlayn keçiriləcəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.

Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.

Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?