Şirvanda baş vermiş qəza 4 nəfərin ağır yaralanması ilə nəticələnib.

t5waAa8nRd8AMrNCk9vGQZincbvRgAQYeY9sToPQ_600

Xia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlü İsmayıl Səmədağa oğlu Həsənov, 2010-cu il təvəllüdlü Cəfərağa Coşqun oğlu Qurbanov, 2005-ci il təvəllüdlü Xəyyam Mansur oğlu Qurbanov və 2004-cü il təvəllüdlü Xəyal Mansur oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı elektrik və internet dirəyi aşıb, xətt qırılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.