Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi

O7QCnAFtFSOtk0UISKyVeu1XYxjst2Hl3pg4f5i6_1200

Norveçin vəliəhd şahzadəsi Mette-Maritın böyük oğlu Marius Borq Heybi bədən xəsarəti yetirmə, soyuq silahla hədələmə və yaxınlaşma qadağasının pozulması şübhəsi ilə həbs edilib.

Xia.Az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

Polis yeni cinayətlərin törədilməsi riskini əsas gətirərək onun dörd həftə müddətinə həbsdə saxlanılmasını tələb edib.

Vəliəhd şahzadənin oğlu fevralın 3-də Oslo dairə məhkəməsi qarşısına çıxarılacaq. O, 38 maddə üzrə ittiham olunur. İttihamlar arasında zorlamalar, qətllə hədələmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi də var.

Heybi təqsirli bilinərsə, onu 16 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.