Göyçayda baş verən avtoqəzanın təfərrüatı – Kəndlər işıqsız qalıb

VYRzV16SSdYGVmQWhvH0w5jyd0p1A6E0MW7JgoMR_1200

Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 2-də saat 21:00-da Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Valeh Nuru oğlu Abdurahmanovun idarə etdiyi “Hyundai” markalı, 23-BM-236 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı yüksəkgərginlikli elektrik dirəklərinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb. Fakt araşdırılır.

Göyçayda baş verən avtoqəzanın təfərrüatı - Kəndlər işıqsız qalıb

Qeyd edək ki, qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksəkgərginlikli elektrik dirəyinin sıradan çıxması səbəbindən Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.