Pakistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi - FOTO - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Pakistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi – FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.

“Xia.az” xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Pakistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi - FOTO
Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?