Xia.az xəbər verir ki, bu barədə İctimai-siyasi fəal Elçin Tağıyev öz şəxsi Facebook sosial şəbəkəsində paylaşım edib.
Paylaşımı olduğu kimi təqdim edirik.
24.02.2025-ci il tarixində Goranboy rayon Mədəniyyət Mərkəzində keçirilən seminardan sonra Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Paylaşılan şəkillərə nəzər salaraq diqqətimi çəkən bir məqam oldu ki, böyük bir rayonun Mədəniyyət Mərkəzinin zalında keçirilən tədbirdə əyləşən tamaşaçıların hərbiri əməyinə layiqincə dəyər və qiymət verilməyən Mədəniyyət işçiləri olub.
Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə nə Şəhid,Qazi ailələri və Xocalı hadisəsini yaşamış sakinlərbelə dəvət olunmayıb.
Unutmayaq Xocalı Abidəsi Goranboy rayonunun mərkəzində və məcburi köçkünlər üçün salınmış şəhərcikdə ucaldılıb. Buna baxmayaraq tədbir iştrakçıları Abidəni ziyarət edilməyib.
Maraqlıdır görəsən Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və orda əyləşən nümayəndələri niyə bu tədbirdə iştrak etməyib?! Eyni zamanda rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri və əməkdaşları niyə dəvət olunmayıb?! Bu düşündürücü suala cavab yəqin tapmaq biraz çətin olar. Lakin bu tədbiri hazırlayıb təşkilatçılıq edərək özünü bu sahənin yetişmiş əməkdaşı kimi hesabedənlər imkan olsa keçirilən tədbir ilə bağlı xəbərdarlıq edin. Düşünürəm ki, keçirilən tədbirlərə yalnız tamaşaçı qismində illərdi çalışaraq zəhmətlərinə layiqincə dəyər və qiymət verilməyənlərmi (ayda müftə pensiya alıb, illərdir a və be kəlməsini ifadə etməyənlər və bu sahədə heçbir xidməti olmayanlar eyni zamanda sonradan gəlib özünü orda şah hesab edənlərə şamil olunmur) dəvət olunur?
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli cənabları budurmu mədəniyyətin inkişafı, budurmu zalların tamaşaçısız qalan boş yerləri?
Sizi qınamıram
Elçin Tağiyev in 18 illik Mədəniyyət sahəsindəki qüsursuz fəaliyyətini heç edərək əməyinə qiymət verməyən Regional idarə və Nazirlik kimlərə dəyər və qiymət verəcək!
Mədəniyyətin inkişafı və təbliği zamanında varidi və hökmlü rəhbərlərin dövründə qaldı.


