Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq" - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Komitə sədri: “Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq”

“Vətən müharibəsi əlilləri və qazilərin mənzil məsələsi də demək olar ki, həll olunmaq üzrədir”.

Xia.Az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çernobıl qəzasının ləğvində iştirak edən və zərər çəkən vətəndaşların bir qismi artıq mənzillərlə təmin olunub:

“Bundan sonrakı dövrdə də onların mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam edəcək. Çünki indiyədək həm məcburi köçkünlərin mənzil təminatına ciddi ehtiyac var idi. Dövlətin də əsas prioritet istiqamətlərindən biri onların yerləşdirilməsi və məskunlaşdırılması idi”.

M.Quliyev bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin mənzil məsələsi də yaxın bir ildə öz həllini tapacaq.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?