“Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb”.
Xia.Az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarətində çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə çoxsaylı layihələr icra olunur:
“Eyni zamanda, bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir”.